Donald Trampın vəkili Ukraynaya səfərini təxirə salıb

ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani Ukraynaya səfərini təxirə salıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, o, bunu "Fox News"a müsahibədə bildirib.

"Ukraynada prezidentin (Trampın - red.), bəzi hallarda isə ABŞ-ın düşmənləri olan bir qrup şəxslə üz-üzə gələcəyimdən ora getməyəcəyəm", - R.Culiani deyib.

Vəkil Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin D.Trampın düşmənləri olan, açıq şəkildə korrupsiyaya bulaşmış və demokratlarla əlbir olan insanlarla əhatə olunduğunu qeyd edib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12