Donald Tramp tətilə gedib

ABŞ prezidenti Donald Tramp bu gündən - avqustun 9-dan tətilə gedib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə mediası xəbər yayıb.

Bildirilib ki, D.Tramp tətilini Nyu-Cersi ştatındakı "Bedminster" qolf klubunda keçirməyi planlaşdırır.

On gün davam edəcək tətil müddətində ABŞ liderinin həmçinin bir sıra rəsmi tədbirlərdə iştirakı və səfərləri nəzərdə tutulub.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43