Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp 2016-cı il seçkilərinə Rusiyanın "müdaxilə" etməsi ilə bağlı araşdırma aparan xüsusi prokuror Robert Müllerin yazılı suallarını cavablandırdığını bildirib.
“Report” ABC-yə istinadən xəbər verir ki, o bunu çox asanlıqla etdiyini deyib.
"Mən onlara çox asanlıqla cavab verdim", — deyə Tramp söyləyib.
Bununla belə prezident cavabları xüsusi prokurora hələ ötürmədiyini əlavə edib.
Bundan əvvəl Tramp baş prokuror Ceff Seşnsini bu ay istefaya göndərəcəyini bildirib.