Donald Tramp dünyanı nüvə müharibəsindən xilas etdiyini bildirib

Bakı. 2 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp güman edir ki, onun Koreya yarımadasındakı vəziyyətin nizamlanması ilə bağlı səyləri olmasaydı, dünya indi nüvə müharibəsi vəziyyətində idi.

“Report” TASS-a istinadən xəbər verir ki, o bu bəyanatla cümə axşamı Missuri ştatından tərəfdarları qarşısında çıxış edib.

"Doğru adam gəlməsəydi, bu dəqiqə biz nüvə müharibəsi vəziyyətində olacaqdıq. Odur ki, indi hər şey yaxşıdır", - deyə o özü və Sinqapurda Şimali Koreya lideri Kim Çen In haqqında danışarkən bildirib.

Tramp həmçinin KXDR lideri ilə münasibətlərinin "çox yaxşı" olduğunu deyib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12