Koronavirusun kəskin yayıldığı kruiz layneri dezinfeksiya edildi

Göyərtəsində koronavirusun kəskin yayılması baş vermiş ABŞ-ın “Diamond Princess” kruiz gəmisi bu gün Yaponiyanın Yokohama limanını tərk edəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, gəmidə artıq dezinfeksiya işləri aparılıb.

“Diamond Princess” Cənub-Şərqi Asiya, Çin və Yaponiyanın sahillərini yuyan dənizlərdə kruiz gəzintisi həyata keçirirdi. Honkonqda sahilə çıxan çinli sərnişinlərindən birində yeni növ pnevmoniya infeksiyası aşkarlandıqdan sonra gəmi fevralın 4-də Yaponiya limanında karantinə alınıb.

Göyərtədə təxminən 3700 sərnişin və ekipaj üzvü olub. Onlardan 712 nəfəri virusa yoluxub, 10 nəfər Yaponiyadakı xəstəxanalarda ölüb.

Digər xəbərlər

Aktyor Mario Adorf vəfat edib 09 aprel, 2026 / 15:07