İsrailin hava zərbələrinə görə Dəməşq və Hələb aeroportları bağlanıb - YENİLƏNİB-3

Suriyanın Dəməşq və Hələb hava limanlarının fəaliyyəti dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, buna səbəb İsrailin həmin ərazilərə zərbələr endirməsidir.

16:03

İsrail ordusunun hava zərbələri nəticəsində Suriyanın paytaxtı Dəməşq şəhərindəki hava limanında yanğın olub.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İsrail ordusu Dəməşq və Hələb beynəlxalq hava limanlarını bombaladığını təsdiqləyib.

Bildirilib ki, hər iki aeroporta eyni vaxtda zərbələr endirilib.

15:37

İsrail ordusu Suriyanın Dəməşq və Hələb şəhərlərindəki hava limanlarının uçuş-enmə zolaqlarına zərbələr endirməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hər iki hava limanının işi dayandırılıb. Dəməşq Beynəlxalq Hava Limanı yaxınlığında hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir.

Suriya KİV-i də İsrail ordusunun Suriyanın Dəməşq və Hələb şəhərlərindəki hava limanlarını bombaladığı barədə məlumat yayıb.

İtki və dağıntılar barədə hələ ki, məlumat yoxdur.

15:14

Suriyanın paytaxtı Dəməşqdə hava hücumu xəbərdarlığı elan edilib.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Dəməşq hava limanı yaxınlığında hava hücumları elan olunub.

Təfərrüatlar hələ ki məlum deyil.

Digər xəbərlər

ABŞ və Meksika barışır 29 yanvar, 2026 / 21:08