Dəməşqdə cənazə mərasimi atəşə tutulub: 17 ölü, 54 yaralı

Bakı. 19 fevral. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq şəhərində Bəşər Əsədə məxsus hərbi qüvvələr cənazə mərasimini "fil" mərmiləri ilə atəşə tutub.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Məlumata görə, atəş zamanı 17 nəfər həlak olub. Həmçinin daha 54 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10