Delhidə (Hindistan) "Lemon Green" restoranının zirzəmisində baş verən güclü yanğın nəticəsində ən azı 10 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
Rəsmilərin sözlərinə görə, yanğın restoranın zirzəmisində başlayıb. Hadisə yerinə yanğınsöndürən briqadalar gəlib, 11 nəfər xilas edilib.