Danimarkada qatar qəzasında 6 nəfər ölüb

Bakı. 2 yanvar. REPORT.AZ/ Danimarkada baş verən qatar qəzasında 6 nəfər ölüb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, hadisə Fyun Zelandiya adalarını birləşdirən körpüdə baş verib.

Qəza səbəbindən hər iki ada ilə əlaqə kəsilib. Bölgədə güclü fırtına müşahidə olunur. Ona görə də xilasedicilərin hadisə yerinə çatmasında çətinlik yaranıb.

Ölənlərin sayının artacağı istisna edilmir.

Digər xəbərlər