Kopenhagen ətrafındakı Xyorsholm şəhərindəki atışmada şübhəli bilinən azı 14 nəfər saxlanılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisin "Twitter" səhifəsində bildirilib.
"Hazırda Runqsted rayonunda baş verən atışma ilə əlaqədar 20 yaşdan 32 yaşa qədər 14 nəfər saxlanılıb", - deyə xəbərdə qeyd edilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmanı davam etdirirlər.
Daha əvvəl Danimarka polisinin "Twitter" səhifəsində naməlum şəxslərin Xyorsholmda atəş açması barədə xəbər verilib. Atışma nəticəsində bir neçə nəfər yaralanıb.
Hadisənin digər təfərrüatları açıqlanmır.
***23:41
Danimarkada atışma olub.
"Report" xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Xəbərdə bildirilir ki, hadisə Runqsted rayonunda baş verib. Hadisə zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hüquq-mühafizə orqanları atışmanın quldurluqla əlaqədar olduğunu istisna etməyiblər. Yaralıların vəziyyəti barədə məlumat verilmir.
"Berlingske" qəzeti bildirib ki, şahidlər 5-6 atəş səsi eşidiblər. Hadisə yerinə təcili xidmət orqanlarının əməkdaşları cəlb edilib.