ABŞ Prezidenti Cozef Bayden Yaponiyanın keçmiş Baş naziri Sindzo Abenin sui-qəsd nəticəsində həyatını itirməsi ilə əlaqədar Yaponiyanın Baş naziri Fumio Kişidaya zəng edib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
F.Kişidaya başsağlığı verən C.Bayden vurğulayıb ki, o və Amerika xalqı bu matəm günündə Yaponiya Baş nazirini və xalqını dəstəkləyir.