Con Kennedinin bacısı vəfat edib

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin bacısı Cin Kennedi Smit vəfat edib.

“Report” DHA-ya istinadən xəbər verir ki, o, 92 yaşında ölüb. 

Bildirilib ki, Cin Kennedi Şimali İrlandiyada sülh prosesində ABŞ-ın səfiri olaraq aparıcı rol oynayıb.

Qeyd edək ki, Cin Enn Kennedi Smit 1928-ci il fevralın 20-də Bostonda doğulub. 1993-1998-ci illərdə ABŞ-ın İrlandiyadakı səfiri işləyib. 

Xatırladaq ki, Con Kennedi 1961-ci il yanvarın 20-dən 1963-cü il noyabrın 22-dək ABŞ prezidenti olub. Ağ Evin 35-ci sahibi 46 yaşında sui-qəsd nəticəsində öldürülüb. 

O, ABŞ-ın ilk katolik prezidenti, Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olub.

Digər xəbərlər