Çinin yeni müdafiə nazirinin adı məlum olub

Admiral Dun Çzyun Çin Xalq Respublikasının müdafiə naziri təyin edilib.

“Report” xəbər verir ki, bu barədə Çin KİV-ləri məlumat yayıb.

Müvafiq qərarı Ümumçin Xalq Nümayəndələri Konqresi (MPK) verib. Bundan qabaq o, Çin Hərbi Dəniz Qüvvələrinin komandiri idi.

Digər xəbərlər