Çinin şimal-qərbində 5,2 maqnitudalı zəlzələ olub

Çinin şimal-qərbində 5,2 maqnitudalı zəlzələ olub.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verdiyi kimi, bu barədə Çin Seysmoloji Şəbəkələr Mərkəzi (CENC) məlumat yayıb.

Zəlzələ Tsinxay əyalətinin Xaysi monqol-tibet muxtar dairəsində, 10 km dərinlikdə baş verib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Digər xəbərlər