Çinin qərbindəki Çinxay əyalətində 6 bal gücündə zəlzələ baş verib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Seysmoloji İdarəsi məlumat yayıb.
Yeraltı təkanların episentri Delinxa Haysi-Monqol-Tibet Muxtar Bölgəsi ərazisində təxminən 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, Delinxa qraflığının əhalisi 88 min nəfərdir.