Çinin mərkəzi hissəsində yerləşən Çunçin şəhərində partlayış olub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.
Bildirilib ki, hadisə şəhərin Ulun rayonunda baş verib. Partlayış baş verən binanın dağıntıları altında qalanlar var. Onların sayı hələ bilinmir. Partlayış nəticəsində ölən və xəsarət alanlar barədə məlumat yayılmayıb.
Hadisə yerində xilasedicilər fəaliyyət göstərir.
2020-ci ilin məlumatına əsasən, Çunçinin 32 milyondan çox əhalisi var.