Çinin J-10C qırıcıları Özbəkistanda döyüş növbətçiliyinə başlayıb

Çinin "Chengdu J-10C" çoxməqsədli qırıcıları Özbəkistan Hərbi Hava Qüvvələrinin tərkibində döyüş növbətçiliyinə başlayıb.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

"Müasir qırıcılar ölkəmizin hava məkanının keşiyindədir", - qurumun məlumatında bildirilir.

"Chengdu J-10C" Çinin "Chengdu Aircraft Industry Group" şirkəti tərəfindən hazırlanmış dördüncü nəsil çoxməqsədli qırıcıdır.

Digər xəbərlər