Çində zəlzələdə ölənlərin sayı 65 nəfərə çatıb

Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, Qardze-Tibet muxtar rayonunda dağıntılar altından 37 nəfərin meyiti çıxarılıb, daha 12 nəfər itkin düşmüş sayılır.

Yaan və Qardze-Tibetdə 248 nəfər xəsarət alıb. Onların 60-dan çoxunun vəziyyəti ağırdır.

Yaan və Qardze-Tibetdən 50 min nəfər təxliyə edilib. Çin hökuməti təbii fəlakətin nəticələrini aradan qaldırmaq və xilasetmə işləri üçün 7,25 milyon dollar (50 milyon yuan) ayırıb.

Qeyd edək ki, sentyabrın 5-də Çinin Qardze-Tibet muxtar rayonunun Ludin qəsəbəsində 6,8 bal gücündə zəlzələ olub. Bölgədə 1,1 milyondan çox sakin yaşayır. Yeraltı təkanların ocağı 16 km dərinlikdə yerləşir.

Digər xəbərlər

ABŞ və Meksika barışır 29 yanvar, 2026 / 21:08