Çində zəlzələ nəticəsində 26 nəfər xəsarət alıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Çinin cənub-qərbində yerləşən Yunnan əyalətinin Motszyan qəzasında baş vermiş 5,9 maqnituda gücündə zəlzələ nəticəsində azı 26 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü zəlzələnin nəticələri ilə mübarizə üzrə yerli qərargaha istinadən "Sinxua" məlumat yayıb.

Bildirilir ki, zəlzələ Bakı vaxtı ilə 06:31-də qeydə alınıb. Məlumata görə, 4964 nəfər dağılmış tikililərdən təhlükəsiz yerlərə köçürülüb.

Zəlzələ nəticəsində 34 məktəb binasına, həmçinin bir sıra yollara və körpülərə ziyan dəyib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10