Çinin cənub-qərbində baş vermiş zəlzələ nəticəsində 11 nəfər ölüb, daha 122 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Zəlzələ iyunun 17-də Bakı vaxtı ilə 18:50-də 5,9 maqnituda gücündə Sıçuan və Quyçjou əyalətləri arasında baş verib.
Yeraltı təkanların episentri Çannin qəzasından 19 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.