Çində zavodda partlayış nəticəsində ölənlərin sayı artıb

Çinin Szyansu əyalətində yerləşən kimya zavodunda partlayış nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

"Hazırkı vəziyyətə görə, Szyansu əyalətindəki kimya zavodunda partlayış nəticəsində 62 nəfər ölüb, onlaran artıq 26-nın şəxsiyyəti müəyyənləşib", - deyə telekanalın məlumatında bildirilir.

Qeyd olunur ki, 34 zərərçəkmiş kritik, daha 60 nəfər isə ağır vəziyyətdədir.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28