Çinin şimal-qərbindəki Tsinxay əyalətində baş verən yol qəzasında 8 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilib ki, içərisində 15 sərnişin olan pikap şəhərinin Litszyatay kəndi ərazisindəki yolda aşıb.
Məlumata görə, 4 nəfər hadisə yerində, daha 4 nəfər isə göstərilən tibbi yardıma baxmayaraq, həyatını itirib. Yaralanan 7 nəfər xəstəxanaya yerləşdirilib.