Çində yaşayış binasında yanğın olub, ölənlər və yaralananlar var

Çində yaşayış binasında yanğın olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Quandun vilayətində qeydə alınıb.

Xeyfen ərazisində, altımərtəbəli yaşayış binasında baş vermiş hadisə zamanı 5 nəfər ölüb, daha 27 nəfər yaralanıb. Yanğının baş verdiyi bina Quans Universitetinin Pedaqoji İnstitutunun qarşısında yerləşir. Bildirilir ki, binanın üç yüksək mərtəbəsi tələbələrə kirayəyə verilib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12