Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Çinin şimalında uşaq bağçasının binasının uçması nəticəsində üç uşaq ölüb, daha üçü isə xəsarət alıb. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə şənbə günü axşam Çin Hebey əyalətində baş verib.
Məlumata görə, bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Hazırda polis hadisənin başvermə səbəblərini araşdırır.