Çində sürücü maşını izdihamın üzərinə sürüb

Bakı. 3 fevral. REPORT.AZ/ Çinin Şanxay şəhərində kişi maşını piyadaların üzərinə sürüb. Nəticədə 1 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

“Report” "Shine" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı sürücü idarəetməni itirib və onu izdihamın üzərinə sürüb.

Hadisəni törədən şəxs saxlanılıb, insidentin səbəbləri araşdırılır.

Digər xəbərlər