Çində neft anbarında partlayış olub: 5 ölü, 3 yaralı

Bakı. 3 aprel. REPORT.AZ/ Çinin Anhoy vilayətindəki neft şirkətinin anbarında baş vermiş partlayış zamanı 5 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Ançin şəhərində, "Wanhua" şirkətinin anbarında qeydə alınıb. Anbar partlayışdan sonra yanıb. Yanğınsöndürənlər alovu söndürmək üçün 3 saat vaxt sərf ediblər.

Hadisə zamanı ölənlərin cəsədləri bazar ertəsi səhər aşkarlanıb. Hazırda yaralılara xəstəxanada tibbi yardım göstərilir.

Hadisənin başvermə səbəbləri araşdırılır. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09