Bakı. 5 may. REPORT.AZ/ Çində mikroavtobusun çaya yuvarlanması nəticəsində 8 nəfər ölüb, bir nəfər itkin düşüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.
Hadisə Çinin cənubunda Quansi-Çjuan muxtar rayonunun Tsanu şəhərində baş verib. Mikroavtobusda 9 nəfər olub. Avtomobilin yoldan çıxaraq çaya yuvarlanması səbəbi hələ ki, məlum deyil.