Çində mədən qəzasında ölənlərin sayı səkkizə çatdı

Çinin Quyjou əyalətində yerləşən kömür mədənində qaz partlayışı nəticəsində 8 nəfər ölüb, bir nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə çərşənbə axşamı “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Hazırda axtarış-xilasetmə işləri başa çatıb, 8 nəfərin meyiti aşkarlanıb. Hadisə ilə bağlı istintaq davam edir.

Qəzanın aprelin 9-u Pekin vaxtı ilə saat 08:50 radələrində qeydə alındığı bildirilib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09