Çində kömür şaxtasında uçqun olub, 9 nəfər ölüb

Bakı. 30 aprel. REPORT.AZ/ Çinin Şansi əyalətinin Lişi rayonunda daş kömür şaxtasının uçması nəticəsində 9 nəfər ölüb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu yerli hakimiyyət rəsmiləri bildiriblər.

Hadisə aprelin 30-da gecə saatlarında Tszaolin yaşayış məntəqəsində baş verib.

Şaxtada xilasetmə əməliyyatının başa çatdığı bildirilib.

Digər xəbərlər