Bakı. 28 oktyabr. REPORT.AZ/ Çinin hakimiyyət orqanları Şandun əyalətində kömür şaxtasında qəza nəticəsində 13 nəfərin öldüyünü təsdiqləyiblər.
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verir.
Təcili xidmətlərin məlumatına görə, uçqun nəticəsində daha 8 nəfər tuneldə, 74 metr dərinlikdə qalıb.
Qeyd edək ki, hadisə oktyabrın 20-də baş verib, o vaxtdan xilasedicilər təmizləmə işlərini davam etdirirlər. Yerin altında ümumilikdə 22 nəfər qalıb, onlardan 1-i xilas etmək mümkün olub.