​Çində hərbi təyyarə qəzaya uğrayıb: pilotlar ölüb

Bakı. 22 dekabr. REPORT.AZ/ Çinin Şensi əyalətində hərbi təyyarə qəzaya uğrayıb.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, hadisə şahidlərinin dediyinə görə, təyyarə havada yanaraq yerə düşüb. Təyyarənin qırıntılarının düşdüyü yerdə yanğın baş verib.

Yerli polis bildirib ki, hadisə nəticəsində iki pilot ölüb.

Hərbi təyyarənin markası, qəzanın başvermə səbəbləri ilə bağlı əlavə məlumat verilməyib. 

Digər xəbərlər