Çinin Quansi-Çjuan muxtar rayonunun cənub hissəsində yerləşən Lyuçjou şəhərində donuz fermasında baş verən yanğın nəticəsində beş nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Yerli yanğınsöndürmə və xilasetmə xidmətlərinin məlumatına görə, bazar günü baş verən yanğın artıq söndürülüb.
Yanğının səbəbləri araşdırılır.