Çində dəmir filizi mədənini su basıb, 14 nəfər itkin düşüb

Çinin şimalında yerləşən Şansi əyalətində dəmir filizi mədənini su basması nəticəsində 14 nəfər itkin düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Bildirilib ki, hadisə iyunun 10-da əyalətin Day qəsəbəsində baş verib.

Hadisənin təfərrüatı hələ ki açıqlanmayıb.

Digər xəbərlər

Mark Rütte Kiyevdə səfərdədir 03 fevral, 2026 / 13:48