Çində bir sutkada koronavirusdan 86 nəfər öldü

Çində koronavirus epidemiyasından ölənlərin sayı 723-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyası məlumat yayıb.

Bildirilib ki, ölkədə son 24 saat ərzində 86 nəfər dünyasını dəyişib, 3 000-dən artıq insanda yeni yoluxma faktı aşkarlanıb. 

Bu günə qədər qeydə alınan ölümlərin 699-u məhz Uhan şəhərində olub.

Müşahidə altına alınan şəxslərin sayı isə 189 mini keçib. Virusun təsirinə məruz qalan 6 101 nəfərin vəziyyəti ağır olaraq qalır. Ümumilikdə isə virusa yoluxanların sayı 34 546-a yüksəlib. Eyni zamanda virusa yoluxduğu ehtimal edilən insanların sayı 27 657 nəfərdir. 

Bu arada paytaxt Pekində qoruyucu maskalardan istifadə etməyənlər karantin altına alınacaq. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10