Çində bir kişi bıçaqla 3 nəfəri öldürüb, 4 nəfər yaralayıb

Bakı. 27 iyul. REPORT.AZ/ Çinin Uxan şəhərində soyuq silahla, bıçaqla silahlanmış bir kişinin insanlara hücumu nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu haqda ABC məlumat yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, hücum edən şəxsi isə polis tutub.

Hadisənin səbəbi araşdırılır. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09