Çində zəlzələdə 3 nəfər ölüb

Çinin şimal-qərbindəki Sincan-Uyğur muxtar rayonunda baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətin baş verdiyi ərazidən 12 mindən çox insan təxliyə edilib. Yeraltı təkanlar nəticəsində 50-yə yaxın ev dağılıb, daha 78 binaya ziyan dəyib.

Xatırladaq ki, Çinin Sincan-Uyğur muxtar rayonunun Aksu rayonunda 7,1 maqnitudalı zəlzələ olub. Zəlzələnin ocağı 22 kilometr dərinlikdə yerləşib. Bunun ardınca bölgədə 5,3 maqnitudalı afterşoklar baş verib.

Digər xəbərlər

Senator Lindsi Qrem vəfat edib 12 iyul, 2026 / 10:42