Çində baş verən zəlzələdə 13 nəfər xəsarət alıb

Çinin cənub-qərbindəki Siçuan əyalətində baş verən 5,5 bal gücündə zəlzələ nəticəsində ən azı 13 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə İbin şəhərinin mətbuat xidməti məlumat yayıb.

Zəlzələnin episentri Yibin şəhərinin Qao qraflığının Şahe qəsəbəsi yaxınlığında, ocağı 6 km dərinlikdə yerləşib.

Zəlzələlərdən sonra şəhərin fəlakətlərə cavab qərargahı 3-cü səviyyəli təcili yardım elan edib. Təxminən 200 nəfər təxliyə edilib və təhlükəsiz yerə yerləşdirilib.

Digər xəbərlər