Çində avtobus qəzası baş verib, ölən və yaralananlar var

Çinin Quijou əyalətinin Anşun şəhərində avtobusun aşaraq Honqşan su anbarına yuvarlanması nəticəsində 21 nəfər ölüb.

“Report” CGTN-ə istinadən xəbər verir ki, avtobusda bu gün kolleclərə keçirilən qəbul imtahanlarında iştirak etmiş gənclər olub.

Hadisə yerinə gələn xilasedicilər 36 nəfəri tapıblar ki, bunların 15-i xəstəxanalara yerləşdirilib, 21 nəfər isə ölüb.

Digər xəbərlər