Çində 6 mərtəbəli yaşayış binası partlayış nəticəsində uçub, ölənlər var

Çin Xalq Respublikasının şimalında yerləşən Tyantszin şəhərində 6 mərtəbəli yaşayış binası partlayış nəticəsində uçub.

“Report”un məlumatına görə, bu barədə ölkənin Mərkəzi Televiziyası xəbər verib.

Məlumata görə, hadisə Pekin vaxtı ilə 07:20 (Bakı vaxtı ilə saat 02:20) radələrində baş verib. Qeyd edilir ki, hadisə zamanı ölənlər var.

Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım maşınları və polis cəlb edilib.

Qəzanın səbəbləri araşdırılır, araşdırmalara başlanılıb.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12