​Çində 6,3 bal gücündə yeraltı təkanlar qeydə alınıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Noyabrın 22-də Çinin Sıçuan əyalətində Rixter cədvəli ilə 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

"Report"un verdiyi xəbərə görə, ABŞ-ın Geoloji Xidmətinin məlumatında bildirilir ki, yeraltı təkanların episentri Leşan şəhərindən 103 km qərbdə 10 km dərinlikdə olub.

Təbii fəlakət nəticəsində, 70 yaşlı qadın dünyasını dəyişib.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45