Çinin qərbində Tibet Muxtar Rayonunda martın 19-da 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi bildirib.
Məlumata görə, yeraltı təkanlar Lxasın inzibati mərkəzindən 250 km şimal-şərqdəki Naqçu rayonunda baş verib. Zəlzələnin mərkəzi Biru qəsəbəsində, ocağı isə 10 km dərinlikdə yerləşib.
Təbii hadisə baş verən ərazidə 500 mindən çox insan yaşayır. İtki və dağıntı barədə məlumat verilməyib.