Çində 4 bal gücündə zəlzələ baş verib

Bakı. 26 fevral. REPORT.AZ/ Çinin Sıçuan əyalətində 4 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla bazar günü 3:24-də Aba-Tibet Syan muxtar dairəsinin Vençuan qəzasında qeydə alınıb. Zəlzələnin ocağı yerin 13 km. dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43