Çin və Pakistanın xarici işlər nazirləri Van İ və İshaq Dar ABŞ və İranı atəşkəsə, dialoqu bərpa etməyə çağırıblar.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telekanalın məlumatına görə, Van İ tərəfləri öz öhdəliklərini yerinə yetirməyə və atəşkəsə dair qarşılıqlı anlaşma memorandumuna riayət etməyə çağırıb.