Çin nüvə sınağı həyata keçirəcəyi təqdirdə Şimali Koreyaya neft tədarükünü dayandıracaq

Bakı. 17 aprel. REPORT.AZ/ Çin nüvə sınağı həyata keçirəcəyi təqdirdə Koreya Xalq Demokratik Respublikasına (KXDR) neft tədarükünü dayandıra bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, Çin hökumətinin Koreya yarımadası işləri üzrə xüsusi nümayəndəsi U Davey Koreya Respublikasına səfəri zamanı Pxenyana təsir tədbirləri kimi yanacaq-sürtkü materialların və digər malların tədarükünün dayandırılması, eləcə də Çində işləyən KXDR vətəndaşlarının deportasiyasının nəzərdən keçirildiyini bildirib.

Digər xəbərlər