Çin çip idxalını əhəmiyyətli dərəcədə artırıb

Çin 2026-cı ilin yanvar - may aylarında inteqral sxemlərin idxalını dəyər ifadəsində 52,1 % artıraraq 238,43 milyard dollara çatdırıb.

"Report" xəbər verir ki, bu məlumatı TASS Çinin Baş Gömrük İdarəsinə istinadən yayıb.

Məlumata görə, kəmiyyət ifadəsində tədarük 8,5 % artaraq 251,04 milyard ədədə çatıb.

Bununla yanaşı, may ayında Çin 56,58 milyard dollar dəyərində 49,69 milyard mikrosxem idxal edib.

Digər xəbərlər