Çilidə güclü zəlzələ oldu

Çilinin mərkəz hissəsində 5,6 bal gücündə zəlzələ olub.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. 

Bildirilib ki, yeraltı təkanları mərkəzi Toma yaşayış məntəqəsindən 53,8 km aralıda qeydə alınıb. Zəlzələnin ocağı 28,5 km dərinikdə yerləşib.

İtki və dağıntı barədə məlumat yayılmayıb. 

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03