Çilidə güclü yanğın zamanı azı 14 venesuelalı ölüb

Çilinin Koronel şəhərində gecəqonduda baş verən yanğın zamanı 8-i uşaq olmaqla azı 14 venesuelalı miqrant ölüb.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb.

"İcmamızın 14 sakininin öldüyünü təəssüflə bildiririk. Yanğın nəticəsində səkkiz azyaşlı və altı böyük olmaqla üç ailə həlak olub", - cənub şəhər merinin müavini Xavyer Valensiya bildirib.

O, həmçinin əlavə edib ki, ölənlər əlverişsiz şəraitdə yaşayan Venesuela vətəndaşlarıdır.

Yanğının səbəbi barədə məlumat verilmir.

Digər xəbərlər