Çilidə daşqınlar nəticəsində 3 nəfər ölüb, 15 nəfər itkin düşüb

Bakı. 17 dekabr. REPORT.AZ/ Çilinin Çayten kommunasında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 3 nəfər ölüb.

"Report"un məlumatıına görə, bu barədə "20 minutos" xəbər verib.

Xəbərdə bildirilir ki, daha , 15 nəfər itkin düşüb. Təbii hadisə həmçinin şəhər məktəbini, hərbi hissəni və yaşayış evlərini dağıdıb. 

Məktəb prezident seçkilərinin ikinci turunda seçki dairəsi kimi fəaliyyət göstərməli idi.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45