Cibuti sahilləri yaxınlığında 2 qayıq batıb, ölənlər var

Bakı. 30 yanvar. REPORT.AZ/ Cibuti sahilləri yaxınlığında 2 qayığın batması nəticəsində 28 nəfər ölüb, daha 100-dən çox itkin düşən var.

“Report” AFP-yə istinadən xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının respublikadakı missiyasının rəhbəri Lalini Veerassami ötən gün tapılan 5 meyitlə yanaşı, bu gün səhər daha 23 meyitin tapıldığını deyib.

O, Sahil Mühafizəsi tərəfindən axtarışların davam etdirildiyini bildirib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10