Çexiyanın cənubunda Lenora kəndində baş verən partlayış və yanğın nəticəsində 1 nəfər ölüb, ikisi ağır olmaqla 9 nəfər yaralanıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polisin nümayəndəsi Ştepank Şvarsov jurnalistlərə məlumat verib.
O, partlayışın tördədildiyini istisna etməyib. Hadisə ilə bağlı cinayət işi başlayıb.
Partlayış nəticəsində 650 min dollar ziyan dəydiyi də bildirilir.